Azərbaycanda indiyədək 16 968 nəfər COVID-19-a yoluxub, 206 nəfər vəfat edib

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 968 nəfər yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 21:04

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 968 nəfər yoluxub.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.