Sabaha gözlənilən hava proqnozu açıqlanıb

...sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 13:19

İyulun 1-i Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən İnterAz-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.