ATU-nun Tədris Terapevtik Klinikasında COVID-19 testlərinin işlənməsi üçün xüsusi mərkəz yaradılıb

...Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Mərkəzi Laboratoriyada COVID-19 testlərinin işlənməzi üçün xüsusi mərkəz yaradılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 17:00

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Mərkəzi Laboratoriyada COVID-19 testlərinin işlənməzi üçün xüsusi mərkəz yaradılıb.

 

ATU-dan İnterAz-a bildirilib ki, bu mərkəzdə SARS-CoV-2 infeksiyasının diaqnostikasında istifadə edilən COVID-19 testlərinin işlənilməsi üçün, ölkənin ən çox analiz etmə qabiliyyətinə malik olan ATU TTK COVID-19 PCR Test Mərkəzi qurulub.

 

Bildirilib ki, modern avadanlıqlarla təmin edilmiş laboratoriyada gün ərzində olduqca çox sayda test işlənilir. Reaktivlər olduqca keyfiyyətli, həssaslığı və spesifikliyi yüksəkdir.

 

Bundan başqa, laboratoriyada xəstələrin sirlərinin qorunmasına son dərəcədə yüksək əhəmiyyət verilir, məlumatlar üçüncü bir şəxslə paylaşılmır. Nəticələr TƏBİB-ə aid LIS sisteminə daxil edilir.

 

Gigiyena qaydalarına son dərəcədə diqqət edilir və laboratoriyada bu günə qədər heç bir işçidə COVID-19 xəstəliyi aşkar olunmayıb. Laboratoriyanı uzun illər Türkiyədə fəaliyyət göstərən laboratoriya müdiri dosent Dr.İskender Karaltı idarə edir.

 

Qeyd edək ki, laboratoriyada 3 həkim-mütəxəssis, 6 həkim-rezident və 2 laborant fəaliyyət göstərir.