Koronavirus xəstələrinin evdən çıxması qadağandır

...“Ev şəraitində müalicə ancaq yüngün koronavirus xəstələri üçün nəzərdə tutulur”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 18:31

“Ev şəraitində müalicə ancaq yüngün koronavirus xəstələri üçün nəzərdə tutulur”.

 

İnterAz xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

“Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”, - nazirlik rəsmisi bildirib.