Azərbaycanda zəlzələ baş verib

...Yerli vaxtla saat 03:01-də Qobustan stansiyasindan 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2020, 08:46

Yerli vaxtla saat 03:01-də Qobustan stansiyasindan 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

 

İnterAz bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə olub.

 

Zəlzələ hiss olunmayıb.