Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək - Siyahı

...açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2020, 20:26

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

 

Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

 

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

 

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

 

● muzey və sərgi zallarının fəaliyyəti;

 

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

 

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.