Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək

...sabahdan təşkilatlar bununla bağlı fəaliyyətinə icazə aldığı əməkdaşı üçün həm də ezamiyyə məlumatlarını da sistemə daxil etməlidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Iyul 2020, 17:50

“Bəzi vətəndaşlar icazə portalından qeydiyyatdan keçdiklərinə görə bütün ölkə ərazisi üzrə icazəsi olduğunu deyirlər. Amma sabahdan təşkilatlar bununla bağlı fəaliyyətinə icazə aldığı əməkdaşı üçün həm də ezamiyyə məlumatlarını da sistemə daxil etməlidir”. 

 

İnterAz xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

“Əgər sistemdə ezamiyyə icazəsi də olarsa, o zaman həmin şəxs yaşadığı şəhəri tərk edə biləcək. Əks halda, qarşısı alınacaq”, - o bildirib.