Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat edib

...1971-ci il təvəllüdlü F.Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 09:43

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

 

İnterAz xəbər verir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışan, eyni zamanda koronovirusla mübarizə aparan Fərman Süleymanov Covid-19-un qurbanı olub.

 

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

 

1971-ci il təvəllüdlü F.Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.