Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüb

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 11:06

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

 

İnterAz-ın məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

 

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

 

 

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.