Polkovnik İlqar Mirzəyev dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan polkovniki İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Iyul 2020, 10:10

Azərbaycan Ordusunun şəhid olan polkovniki İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

 

İnterAz xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

 

Qeyd edək ki,  polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.