Azərbaycanda bayram namazı qılınıb

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 10:34

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

 

İnterAz-ın məlumatına görə, bayram namazı məhdud sayda din xadiminin iştirakı ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində həyata keçirilib. Namazda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin, Qəbələ üzrə qazi, İlahiyyat məscidinin imamı Hacı Ceyhun Rüstəmov bir neçə adamla birgə vəhdət namazı qılıb.

 

Qeyd edək ki, pandemiya ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

 

Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

 

Bildirək ki, qılınan bayram namazı canlı olaraq televiziya və sosil şəbəkələr üzərindən yayımlanıb. 

 

Qeyd edək ki, iyulun 31 və avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.