Polis rəisi Xaçmazlılara yardım göndərib

...Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Qurban bayramı münasibətilə onları təbrik ediblər

Xaçmaz, Xanlar Cəbrayılov, , İnteraz - 02 Avqust 2020, 09:53

İslam dünyasının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə, Xaçmaz rayon polis şöbəsinin rəisi Həmid Həsənov rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, əlillərə və xüsusi karantin rejimində rayon daxili mobil postlarda xidmət aparan hərbçilərə bayram sovqatları göndərib.

 

İnterAz - ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Qurban bayramı münasibətilə onları təbrik ediblər. 

 

 

Bayram ərəfəsində Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda Daxili İşlər Nazirliynin rəhbərliyi olmaqla, Xaçmaz Rayon Polis Şöbəsinin rəisinə və bütün polis əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.