Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub

... COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Avqust 2020, 16:54

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.