Azərbaycanda daha 421 nəfər COVID-19-dan sağalıb, 129 nəfər yoluxub

...COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Avqust 2020, 16:40

Azərbaycanda 129 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 4 vəfat edib.

 

Bu günə qədər ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197-dir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.