Rayonlara getmə qadağası avqustun sonundan ləğv edilə bilər

Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Avqust 2020, 11:37

Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.

 

İnterAz-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur:

 

"Hələlik bu barədə qərar yoxdurAmma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalar təxirə salına bilər".