«Lotu Quli»nin qətli ilə bağlı təfərrüatlar açıqlanıb

...hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Avqust 2020, 08:58

Xəbər verdiyimiz kimi, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

 

İnterAz-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.

 

N. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

N.Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 

 

İlkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.

 

Xatırladaq ki, Rövşən Lənkəranskinin dəfn gününə təsadüf etdiyinə görə bəziləri qisas əməliyyatı olduğunu düşünür.

 

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.