Bakıda yaşayış binasında yanğın olub

...Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 09:10

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

 

Bu barədə İnterAz-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.