Azərbaycanda ümumilikdə 38 658 nəfər COVID-19-a yoluxub, 569 nəfər vəfat edib

...Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 15:55

Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.

 

Bu barədə SalamNews-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.