Xaçmaz sakini qayınata və qayınanasını güllələyərək öldürüb

...rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb

Xaçmaz, Xanlar Cəbrayılov, , İnteraz - 18 Sentyabr 2020, 13:00

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

 

İnterAz-ın Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

 

Məlumata görə, 1953-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, 1949-cu il təvəllüdlü Beykəs Mirzəcan oğlu Yunusov isə Təcili Tibbi Yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə çatdırılsada həkimlərin səyinə baxmayaraq ölüb.

 

İlkin məlumata görə hadisəyə Rəhman Osmanovun ailəsi ilə boşanması olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.