Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

...Hadisə nəticəsində xəsarət alan olmayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Sentyabr 2020, 12:06

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində baş verib.

 

125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus yolda digər avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.