Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub

...bu günədək 131 şagirddə və işçi heyətinin 42 üzvündə COVID-19 aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Sentyabr 2020, 16:16

Azərbaycanda yeni tədris ili başlayandan indiyə qədər ümumi təhsil müəssisələrində koronavirusa yoluxan şagirdlərin və işçi heyətinin sayı məlum olub.

 

İnterAz xəbər verir ki, bu günədək 131 şagirddə və işçi heyətinin 42 üzvündə COVID-19 aşkarlanıb. 

 

Eyni zamanda, yeni tədris ili başlayandan 1 məktəbdə koronavirusa kütləvi yoluxma səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

 

Həmçinin, 9 sinif distant təhsilə keçirilib.

 

Qeyd edək ki, informasiya Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-a dair gündəlik statistik məlumatlarına əsasən hazırlanıb.