Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib....

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Sentyabr 2020, 15:57

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.