QMİ sədri: Ən böyük arzum Şuşa məscidindən azan verməkdir

...“Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza uğurlar arzulayıram”.

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 12:12

“Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza uğurlar arzulayıram”.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının video-konfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

 

Azərbaycan Ordusuna bir daha uğurlar arzulayan QMİ sədri ən böyük arzusunun Şuşa məscidindən azan vermək olduğunu vurğulayıb.