Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 3 uşaq ölüb, daha 2 uşaq itkin düşüb

...həlak olmuş şəxlərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 13:12

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

 

Baş Prokurorluqdan İnterAz-a bildirilib ki, həlak olmuş şəxlərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq itkin düşüb.