Türk Kızılay: Qardaşa kömək vaxtıdır

...“Vaxt qardaşa kömək vaxtıdır! Göstər qardaşlığını Türkiyə!”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 20 Oktyabr 2020, 13:02

“Vaxt qardaşa kömək vaxtıdır! Göstər qardaşlığını Türkiyə!”.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin (Türk Kızılay) feysbuk səhifəsində qeyd olunub.

 

“Qardaş Azərbaycanda sizlərdən gələn dəstəklə 4 yardım TIR-ləri və 10 əməkdaşımız ilə ehtiyacı olanlara yardımlarımızı çatdırmağa davam edirik”, - səhifədə bildirilib.

 

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərir.