Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub

...COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 17:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.