Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

...176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Oktyabr 2020, 15:02

Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 46 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 072, ötən müddət ərzində isə ümumilikdə 1 250 736 test aparılıb.