Azərbaycanlı əsgərlər tərəfindən xilas edilən 85 yaşlı erməni qadın danışıb

...Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Oktyabr 2020, 09:19

Hadrutda ermənilərin atıb getdiyi 85 yaşlı erməni qadın danışıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna Azərbaycan əsgərlərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, azərbaycanlılarla ermənilər əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər.

 

"Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burda yaxşı baxırlar. Mən inanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər".

 

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan hərbiçiləri tərəfindən xilas edilib.