Azərbaycanda son sutkada 3169 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

... 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Noyabr 2020, 16:26

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.