Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

...Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Dekabr 2020, 14:41

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.