Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

...hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 12:25

Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub.

 

İnterAz “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib.

 

Partlayış nəticəsində Jirayr Matevosyan və Geram Ovannisyan adlı (hər ikisi 2001-ci il doğumlu) erməni əsgərlər ölüb.