187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Dekabr 2020, 13:53

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.

 

İnterAz-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru  Nailə Məmmədova  ilə bağlanmış  əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

 

Qeyd edək ki, N. Məmmədova bir müddət əvvəl karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil edib.

 

N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilmiş, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

 

Bununla yanaşı, N. Məmmədova xüsusi karantin rejiminin tələblərini pozduğuna görə müvafiq qaydaya cərimə olunmuşdu.