Təhsil Nazirliyi dərslərin ənənəvi bərpası məsələsinə aydınlıq gətirib

...Ölkə üzrə bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Yanvar 2021, 13:40

Ölkə üzrə bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. 

 

Təhsil Nazirliyindən İnterAz-a verilən məlumataq görə, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı bir qərar yoxdur.  Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək.