Qubada adsız 10 küçəyə şəhidlərin adı verilib

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 10 şəhidin adı verilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 16:25

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 10 şəhidin adı verilib.

 

Quba Rayon İcra Hakimiyyətində İnterAz-a verilən məlumata görə, yenidən qurulan küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, digərlərinə isə qubalı şəhidlərin adı verilib. Artıq həmin küçələrə adların yazıldığı lövhələr də vurulub.

 

Abadlıq işləri aparılan yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.

 

Qeyd edək ki, Quba rayonu Vətən müharibəsində 47 şəhid verib.