Şuşa istiqamətində yol qəzasında bir hərbçi həlak olub, iki hərbçi yaralanıb

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 12:01

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.