Azərbaycanda son sutkada 1 159 nəfər COVID-19-dan sağalıb, 14 nəfər vəfat edib
...380 yeni yoluxma faktı qeydə alınıb
Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 19:11
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.