Azərbaycanda son sutkada 949 nəfər COVID-19-dan sağalıb, 10 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Yanvar 2021, 15:43

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub.