Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb

Sumqayıt şəhər sakininin bank hesabınından pul oğurlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Yanvar 2021, 15:15

Sumqayıt şəhər sakininin bank hesabınından pul oğurlanıb.

 

İnterAz xəbər verir ki, məlumata görə, Vətən uğrunda gedən döyüşlər zamanı yaralanan Qəhrəman Ağacanovun adına yardım üçün bank hesabı açılıb.

 

Daha sonra həmin bank hesabından yığılan vəsait oğurluq yolu ilə ələ keçirilib.

 

Q.Ağacanov bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

 

Bildirilib ki, müraciətə dərhal reaksiya verilərək müvafiq araşdırma aparılıb və görülən təxirəsalınmaz tədbirlərlə oğurlanan həmin məbləğ Q.Ağacanova geri qaytarılıb.