Hərbi Prokurorluq: Vətən müharibəsində həlak olan 2 858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

...Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Yanvar 2021, 15:50

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

 

İnterAz xəbər veri ki, Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib.

 

Qeyd olunub ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.