FHN-in Modul Tipli Hospitalında qəhrəman həkimlərimizin COVID-19-la mübarizəsi davam edir

...Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 Yanvar 2021, 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumatda bildirilir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli Hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.

 

Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.