Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib

...Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 13:02

“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmış olarıq”.

 

İnterAz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.