Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

...“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14 758, təhsil işçilərinin sayı 7 090 nəfərdir”

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 13:33

“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14 758, təhsil işçilərinin sayı 7 090 nəfərdir”.

 

İnterAz-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

 

O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2 246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4 411 nəfər, 10-11-ci siniflərdə isə 7 525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.