Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

...son 24 saat ərzində ölkədə 17.862 koronavirusa yoluxma qeydə alınıb, 859 xəstə ölüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 16:52

 Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib.

 

İnterAz RT-yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

 

Məlumata görə, son 24 saat ərzində ölkədə 17.862 koronavirusa yoluxma qeydə alınıb, 859 xəstə ölüb.

 

Pandemiya başlayandan Almaniyada 2.106.262 yoluxma, 50.642 ölüm hadisəsi qeydə alınıb.