Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb

Axtarış-xilasetmə əməliyyatı davam edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Yanvar 2021, 00:41

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.