Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb

...hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Fevral 2021, 13:28

Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Tərtər rayonu istiqamətində minaya düşdüyünü təsdiqləyib.

 

Nazirlikdən İnterAz-a bildirilib ki, fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

 

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

 

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.

 

Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.