Azərbaycanda son sutkada 165 nəfər COVID-19-dan sağalıb, 2 nəfər vəfat edib

...154 nəfər yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Fevral 2021, 15:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib, aktiv xəstə sayı 2 188 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758, ötən müddət ərzində isə ümumilikdə 2 521 394 test aparılıb.