Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2021, 17:15

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə İnterAz-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir", - Baş Prokurorluqdan bildirilib.