Azərbaycanda daha 124 nəfər COVID-19-dan sağalıb

...314 nəfər COVID-19-a yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 16:52

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 235 647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9 183, hazırkı dövrədək isə 2 627 991 test aparılıb.

sss