Azərbaycanlı iş adamı Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb

... bu barədə iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkələrdə paylaşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 14:10

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

 

İnterAz xəbər verir ki, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkələrdə paylaşıb.

 

Qeyd edək ki, Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib. Məhkəmədə şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

 

 

 

sss