Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

...Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 14:50

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib. Hazırda 3 335 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 779, bu günə qədər isə ümumilikdə 2 635 770 test icra olunub.

sss